RU

Tbilisi prospekti “rahat nəfəs alacaq” – Tıxaca yeni çarə

Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində mühüm dəyişiklik edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, ərazidəki süni maneələr aradan qaldırılaraq hərəkətin axıcılığı təmin olunub.

NOCOMMENT.az xəbər verir ki, yeni layihəyə əsasən, Əbdülvahab Salamzadə küçəsindən gələn sürücülər artıq Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətinə birbaşa çıxa biləcəklər. Əvvəllər bu istiqamətdə hərəkət edən avtomobillər mütləq sağa dönməli və Tbilisi prospektindəki geriyədönmə hissəsindən istifadə etməli idilər. Bu manevr qısa məsafədə zolaq dəyişməyə səbəb olduğu üçün prospektdə hərəkət sürətini kəskin azaldır və süni sıxlıq yaradırdı.

Dəyişiklik nəticəsində həmin təhlükəli manevrlərə ehtiyac qalmayıb. Kəsişmədə quraşdırılan yeni işıqforlar isə həm nəqliyyatın növbəli hərəkətini tənzimləyir, həm də piyadaların yolu təhlükəsiz keçməsinə şərait yaradır. Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmək istəyən sürücülər üçün isə köhnə geriyədönmə sahəsi qüvvədə saxlanılıb.

AYNA rəsmiləri bildirir ki, bu addım ərazidəki yüklülüyü əhəmiyyətli dərəcədə aradan qaldıracaq. Layihənin icrası pik saatlarda yaşanan gecikmələrin qarşısını almağa xidmət edir.

Избранный
53
nocomment.az

1Источники