RU

Sumqayıtda əməliyyat: Beş kişi və bir qadın saxlanıldı (VİDEO)

Bakı.Trend:

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər. Beləki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev vətanışı, 38 yaşlı Fuad Qurbanovdan 1 kiloqram 500 qram heroin vəpsixotrop maddə metamfetamin aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, növbəti əməliyyat zamanı narkotiklərin qanunsuzdövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan, əvvəllər məhkumolunmuş 44 yaşlı Kamal Xudioğlundan isə 9 kiloqram 130 qrammarixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və1 kiloqramdan artıq tiryək aşkarlanıb.

Sumqayıt şəhərində narkotiklərin satışına qarşı həyata keçiriləndaha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 27 yaşlıƏfsanə Qasımova və tanışı, 28 yaşlı Pəlvan Abaszadə saxlanılıblar.Bu şəxslərdən isə 13 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxslərin narkotikləri Sumqayıt şəhərində müxtəlifünvanlara yerləşdirməklə satışını təşkil etməyi planlaşdırdıqlarımüəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşlarının bu ilinəvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 53kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədənçıxarılıb.

Sumqayıtda
Məqalədə:
Избранный
129
32
az.trend.az

10Источники