RU

Ceyhun Əsgərov açdığı reablitasiya mərkəzindən danışdı: Pulu ancaq müalicə üçün...

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərov yeni reabilitasiya mərkəzi açıb.

Ceyhun Əsgərov əvvəlki açıqlamasında Azərbaycanda reabilitasiya sahəsinin yeni olduğunu, müəyyən çatışmazlıqların mövcudluğunu və digər tərəfdən reabilitasiya mərkəzlərinin çoxunun ictimaiyyət üçün qapalı olduğunu qeyd etmişdi.

O vurğulamışdı ki, bu sahədə daha açıq və yeni modellər hazırlayıb cəmiyyətə təqdim etmək lazımdır.Bəs Ceyhun Əsgərovun açdığı yeni reabilitasiya mərkəzində hansı yeniliklər var?

Tanınmış jurnalist Ceyhun Əsgərov “Cebheinfo.az”-a bildirib ki, artıq “Sağlam addım” Milli Bərpa Mərkəzi bir aydır yeni formatda fəaliyyət göstərir. Hazırda 20-ə yaxın şəxs bərpa mərkəzində reabilitasiya keçir, onlar artıq bir aya yaxındır yeni proqram üzrə sağalmadadırlar.

O, bu işi tək etmədiyini, böyük təcrübəsi olan insanlarla həyata keçirdiyini bildirib:

“Mən reabilitasiyanı cəmi bir aydır ki, bitirmişəm və müəyyən təcrübəm, tibbi təhsilim olsa da, sırf bu sahədə uzunmüddətli təcrübəm yoxdur. Ona görə də bu məsələlərdə daha çox təcrübəsi olan insanlarla qurmaq qərarına gəldim. 

Bu işi Anar Əliyevlə qurmuşuq. Onların “Sağlam addım” Reabilitasiya Mərkəzi vardı və biz həmin mərkəzin bir korpusunu ayırdıq. Hazırda mərkəz fəaliyyət göstərir və orada artıq sağalma prosesində olan insanlar var. Mən əvvəlki açıqlamalarımda da bildirmişdim ki, mənim açacağım reabilitasiya mərkəzində digərlərindən müəyyən fərq olacaq”.

O bildirib ki, reabilitasiya müəssisələri qismən qapalı sahədir:

“Düşünürəm ki, cəmiyyətdə reabilitasiyaya inamın, ümidin bərpa olunması üçün bu sahəni istər cəmiyyət, istər mətbuat, istərsə də valideynlər üçün bir qədər açıq etmək lazımdır. Çünki sağalmaya gələn şəxslər 6 ay müddətində stasionar müalicədə olurlar və bu dövrdə valideynlərlə görüş olmur. 

Amma biz bu stereotipləri qırmaq istəyirik və mərkəzdə olan şəxslərin sağalma prosesinə mane olmaması şərtilə 6 ay ərzində ailələri ilə bir neçə dəfə görüş təşkil edirik. Bundan əlavə, daha bir ilkə imza atmışıq. 

Belə ki, reabilitasiya mərkəzində olan pasientlərimizə dil kursları, baza kompüter kursları və təlimlər keçirilir. Digər yenilik isə reabilitasiyadan sonra stabil gəlir əldə etmək, bərpa prosesini sürətləndirmək, yaddaşın yaxşılaşdırılması və ən əsası motivasiyanın artırılması məqsədilə mərkəzdaxili öyrədə biləcəyimiz bir neçə - bərbər, kombi ustası və bunun kimi digər peşənin müəyyənləşdirilməsidir.

Mərkəzdə müalicə alan şəxslər tamamilə sağalandan sonra bu peşələrdən istifadə edib həyatlarında fəaliyyət göstərə biləcəklər. Bu həm onların əvvəlki çevrəsini dəyişir, həm də stabil gəlir mənbəyini təmin edir.

Qeyd edim ki, məhz mərkəz tərəfindən bu peşə hazırlığı kursların təşkili üçün onlardan heç bir əlavə ödəniş tələb olunmur. Mərkəzə yerləşdirilən pasientlərin ailələri yalnız müalicə prosesi üçün nəzərdə tutulan vəsaiti ödəyirlər”.

“Cebheinfo.az”

Aişə Abdulova

Açar sözlər:

Ceyhun Əsgərov reablitasiya mərkəzi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
1
cebheinfo.az

2Источники