RU

“Allaha salam” filmi nümayiş olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kinozalında rejissor və ssenarist, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın “Allaha salam” qısametrajlı bədii filminin nümayişi keçirilib.

Hafta.az xəbər verir ki, film, Birinci və İkinci Qarabağ müharibələrinə həsr edilib.

Birinci Qarabağ müharibəsi qazisinin iztirablı, kədərli və düşüncəli həyatı Zəfər xəbəri ilə dəyişir, canlanır. Sözügedən filmdə baş rolda AKİ üzvü, Xalq artisti Məmməd Səfa çıxış edir.

Ekran əsərinin təqdimatında iştirak edən ədəbi ictimaiyyətin nümayəndələri filmi təqdir edən çıxışlar edib, çəkiliş heyətinə uğurlar arzulayıblar.

Filmin ssenari müəllifi və rejissoru Xəyal Rza, quruluşçu operatoru Məmməd Əmin, texniki məsləhətçisi Rafiq Əliyev, bədii rəhbəri Xalq artisti Oktay Mirqasım, bəstəkarı Gövhər Həsənzadədir. Filmin çəkilişləri Bakı, Şamaxı və Şabran rayonlarında həyata keçirilib.

Избранный
87
1
hafta.az

2Источники