RU

MPL: Zirə Karvan Yevlax a qarşı YENİLƏNİR

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında XXV turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə autsayder "Karvan-Yevlax" doğma meydanda "Zirə"ni qəbul edəcək. Saat 15:00-da başlayacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Günün son oyununda lider "Sabah" "Sumqayıt"ı sınağa çəkəcək. Rəvan Həmzəzadənin baş hakimi olduğu matçın start fiti 19:15-də səsləndiriləcək.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı"nı səfərdə 1:0 hesabı ilə üstələyib.

Tura 21 martda yekun vurulacaq.

Misli Premyer Liqası

XXV tur

19 mart 

"Karvan-Yevlax" – "Zirə" 0:0 (1-ci hissə)

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.

VAR: Cavid Cəlilov, Müslüm Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Yevlax. Şəhər stadionu.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kings, 21. İmani Barker, 4. Olavale Doyeni.

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli.

Baş məşqçi: Füzuli Məmmədov.

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 19. Rüfət Abdullazadə, 4. Ruan Renatov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 22. Eren Aydın.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 20. İssa Cibrila, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.

Baş məşqçi: Rəşad Sadıqov.

19:15. "Sabah" – "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.

VAR: Kamranbəy Rəhimov, Pərvin Talıbov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Masazır. "Bank Respublika Arena".

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
2
fanat.az

5Источники