RU

Azərbaycanda minifutbol üzrə I Liqanın yaradılması nəzərdən keçirilir

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Minifutbol Federasiyası I Liqanın yaradılmasını nəzərdən keçirir.

Bu barədə AZƏRTAC-a qurumun baş katibi Orxan Hüseynov məlumat verib.

O, çempionatda çıxış etmək istəyən komandaların sayının çox olduğunu bildirib: “Bunu nəzərə alaraq I Liqanı təşkil etmək istəyirik. Çünki yeni komandaları əsas liqaya buraxsaq, onlar rəqabətədavamlı mübarizə apara bilməyəcəklər”.

Azərbaycanda minifutbol üzrə milli çempionat 2018-ci ildən keçirilir. Həmin yarışda 32 komanda mübarizə aparıb. Hazırda minifutbol üzrə Azərbaycan çempionatında 16 komanda çıxış edir.

Избранный
64
2
azertag.az

3Источники