Tehran Birləşmiş Millətlər Təşkilatının İranın yüksək vəzifəli məmurlarının sui-qəsdi ilə bağlı davam edən susqunluğunu tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Təhlükəsizlik Şurasına məsələ ilə bağlı məktub yazıb.
İrəvani məktubunda şuranın səssizliyinin İsraili önəmli şəxsləri hədəf almağa daha da cəsarətləndirdiyini iddia edib.