RU

Xocalının Xanabad kəndinə növbəti dəfə 89 nəfər köçürülüb - FOTOLAR

Xocalının Xanabad kəndinə növbəti köç həyata keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə  Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu  mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 89 nəfərdən ibarət   12 ailə qayıdıb. 
Xanabad kəndində sakinlərə yeni evlərinin  açarlarını təqdim edən  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, onlarl təbrik edib, doğma torpaqlarda xoşbəxt və firavan həyat arzulayıb.S.Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərə mərhələli şəkildə köç prosesi uğurla davam etdirilir.İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur yaradılır, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait təmin olunur.

Избранный
21
10
hit.az

10Источники