RU

Netanyahunun ölüm siyahısı İranı başsız qoymaq planı (ŞƏRH)

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Beynəlxalq siyasətdə Netanyahunun təhlükəsizlik strategiyasında “hədəfli qətl” kimi tanınan əməliyyatların tətbiqi ilə bağlı müzakirələr genişlənib. Bu cür addımların dövlət səviyyəsində təsdiqlənməsi beynəlxalq hüquq, suverenlik prinsipi və dövlətlərarası münasibətlər baxımından ciddi suallar doğurur. Belə praktika təhlükəsizlik siyasətinin sərtləşdiyini göstərməklə yanaşı, beynəlxalq münasibətlər sistemində yeni risklər də yarada bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyev bildirib ki, beynəlxalq hüquq çərçivəsində hərbi komandanlıq funksiyasını yerinə yetirməyən şəxslərin hədəf alınaraq öldürülməsi qətiyyən düzgün hesab edilmir. "Bu, həm beynəlxalq humanitar hüququn prinsiplərinə, həm də müharibə zamanı əməl olunmalı qanunlara açıq şəkildə ziddir. Məsələn, polis işçiləri və onların rəhbərləri, habelə mülki idarəçilər münaqişə zamanı xüsusi qoruma altındadır və onların öldürülməsi qanunsuzdur. Yalnız hərbiçilər və silahlı qüvvələr müharibə zamanı döyüş əməliyyatları çərçivəsində hədəf alınaraq öldürülə bilər ki, bu da beynəlxalq hüquqda yolverilən hesab olunur".Ekspert bildirib ki, İsrailin bu kontekstdə məqsədi fərqlidir."Onun hədəfi yalnız hərbi şəxsləri məhv etmək deyil, İranı hökumətsiz vəziyyətə salmaq və nəticədə daxili üsyan yaratmaqdır. Belə bir taktika, dövlətin daxili siyasi strukturuna müdaxilə etmə niyyəti daşıyır və bu baxımdan beynəlxalq hüquq normaları, o cümlədən Cenevrə və Haaqa konvensiyaları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Belə hərbi əməliyyatlar həm regional sabitliyi təhdid edir, həm də mülki əhali üçün ciddi risklər yaradır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
129
demokrat.az

1Источники