Ermənistanın Baş naziri Nikol Pashinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edərək Gürcüstanın Katolikos-Patriarxı II İlianın vəfatı ilə bağlı başsağlığı verəcək.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Paşinyan hökumət iclasından sonra jurnalistlərlə söhbətində bildirib: "Ermənistan Respublikası dəfn mərasimində ən yüksək səviyyədə iştirak edəcək. Mən Gürcüstanın Baş nazirinə zəng edərək başsağlığı vermək niyyətindəyəm".
Aminə ŞAHSUVARQIZI