RU

Azərbaycanın İsrailə investisiyaları artıb, Türkiyəyə isə azalıb - TOP5

BAKI, 19 mart. TELEQRAF

Ötən il Azərbaycanın xarici investisiyaları 2,5 milyard dollar olub.

Teleqraf xəbər verir ki, hesabat dövründə xaricə birbaşa investisiyalarda İsrail ilk sırada yer alıb. Azərbaycan bu ölkəyə 543 milyon dollar investisiya yatırıb. 2024-cü ildə bu rəqən 400 milyon dollar təşkil edib.

Birbaşa investisiyalarda ikinci sırada Türkiyə yer alıb. Azərbaycanlı investorlar bu ölkənin iqtisadiyyatına 344 milyon 989 min dollar sərmayə yatırıblar.

Birləşmiş Ərəb Əmirliklərinə qoyulan birbaşa investisiyaların həcmi 329 milyon 65 min dollar, Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığına 212 milyon 264 min dollar, Gürcüstana 179 milyon 515 min dollar təşkil edib.

İsrail istisna olmaqla Azərbaycanın xaricə birbaşa investisiyalarında ilk beşlikdə yer alan ölkələr digər üzrə sərmayələr azalıb. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinə, Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığına eləcə də Gürcüstana investisiyalar azalıb.

Избранный
67
teleqraf.com

1Источники