Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Avropada qaz qiymətləri Yaxın Şərqdə mühüm qaz yataqlarının vurulmasından sonra 26 faiz artaraq hər meqavat-saat üçün 68 avroya yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, Avropanın ən dərin və ən böyük ticarət mərkəzlərindən biri olan Hollandiyada yerləşən virtual təbii qaz ticarət nöqtəsi TTF-də aprel ayı üzrə fyuçers müqavilələri dünən hər meqavat-saat üçün 54,66 avrodan bağlanmışdı.
Lakin İran və Qətərin qaz yataqlarının hücumlara məruz qalmasından sonra bu gün hər meqavat-saat üçün 72 avrodan açılıb.TTF-də qazın hər meqavat-saatının qiyməti Bakı vaxtı ilə saat 11:31-ə olan məlumata görə, dünənki bağlanışla müqayisədə təxminən 26 faiz artaraq 68 avroya çatıb.
ABŞ və İsrailin hücumu zamanı İranın Cənubi Pars qaz yatağı pilotsuz uçuş aparatları (PUA) ilə vurulub, Qətərin Ras Laffan mayeləşdirilmiş təbii qaz (LNG) istehsal müəssisəsi isə İran tərəfindən hədəfə alınıb.
İranın Cənubi Pars qaz yatağı 50 trilyon kubmetr ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir və ölkənin qaz istehsalının təxminən 70 faizi bu yataqdan təmin olunur.
Qətərin Ras Laffan zavodu isə qlobal LNG istehsalının təxminən 20 faizini təmin edir.
Qətər Xarici İşlər Nazirliyi dünən yaydığı açıqlamada İsrailin İran və Qətər arasında paylaşılan Cənubi Pars qaz yatağı ilə əlaqəli obyektləri hədəfə almasını “təhlükəli və məsuliyyətsiz addım” kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə sosial mediada verdiyi açıqlamada bildirib ki, “İran Qətərə hücum etmədiyi müddətdə İsrail Cənubi Pars qaz yatağına yeni hücumlar təşkil etməyəcək. Lakin Qətərin LNG infrastrukturu yenidən hədəfə alınarsa, ABŞ Cənubi Pars qaz yatağının hamısını məhv edəcək”.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.