Bakı, 19 mart, AZƏRTAC
Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin Ramazan və Novruz bayramları münasibətilə ürək sözlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Diplomat Azərbaycana davamlı sülh, əmin-amanlıq və rifah arzulayıb.
“Azərbaycandakı qardaş və bacılarımıza Pakistanda yaşayan hər kəsin adından müqəddəs Ramazan və Novruz bayramları münasibətilə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaq istərdim. Bu iki xüsusi bayram sülh, həmrəylik və şükranlıq kimi ümumbəşəri dəyərləri təcəssüm etdirir”,- deyə səfir vurğulayıb.
Səfir sonra Azərbaycan dilində “Ramazan və Novruz bayramınız mübarək!” deyərək fikirlərini yekunlaşdırıb.
Müxbir - Günel Alıyeva
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Şövqi Əzizov