RU

Ölkədə özəl pensiya fondlarının yaradılması gözlənilir Millət vəkili

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir. Hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır”.

İqtisadçı millət vəkili Vüqar Bayramov bunu 525.az-a bildirib. Millət vəkili qeyd edib ki, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edəcəklər. Belə ki, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının bir hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, ev almaq və ya digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabında qalan hissəsindən isə təqaüd almaqda davam edəcək:

“Birbaşa götürülə biləcək pensiya ödənişi ümumi məbləğin təxminən 50-70 faizi civarında ola bilər. Bununla belə, vətəndaşların bu sistemə qoşula biləcəyi yaş, eləcə də birbaşa ödəniləcək pensiya məbləği və digər mexanizmlər hələ də müzakirə mərhələsindədir”. 

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
18
525.az

10Источники