RU

"Rusiya, ABŞ və Ukraynadan ibarət üçtərəfli qrupun işi dayandırılıb" - Peskov

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında aparılan danışıqların dayandırıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Izvestiya" qəzeti məlumat yayıb.

Peskov bildirib ki, "Üçtərəfli qrup fasilədədir". Bununla belə, o qeyd edib ki, iqtisadi məsələlər üzrə ikitərəfli Rusiya-Amerika işçi qrupu çərçivəsində işlər davam edir.

O əlavə edib ki, Rusiya Ukrayna ilə əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi ilə bağlı əlaqələri davam etdirəcək və bu sahədə işlər mütləq davam edəcək.

Qeyd edək ki, ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlarının növbəti raundu martın əvvəlində keçirilməsi planlaşdırılırdı, lakin Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salınıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
28
1
redaktor.az

2Источники