İranın xarici işlər naziri Abbas Əraqçi Fransa prezidenti Emmanuel Makronu ölkənin infrastrukturuna edilən hücumlarla bağlı mövqeyinə görə tənqid edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial media səhifəsində yazıb.
Əraqçi qeyd edib ki, Fransa lideri Amerika və İsrailin İrana hücumlarını pisləmir.
"O, İsrailin Tehranda yanacaq anbarlarını partlatması və milyonlarla insanın toksinlərə məruz qalması ilə bağlı ittiham irəli sürə bilməyib".
Onun sözlərinə görə, Makronun "narahatlığı" İsrailin İranın qaz obyektlərinə endirdiyi zərbələrdən deyil, Tehranın cavab tədbirlərindən qaynaqlanır.
Nazir Makronun mövqeyini "kədərli" sözü ilə qiymətləndirib.
Gülayə Mecid