RU

Ərəbistan İrana xəbərdarlıq etdi: Hərbi cavab olacaq?

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanı İrana qarşı hərbi tədbir görmək hüququnu özündə saxlayır.

Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əs-Səud dünən keçirilən ərəb və islam ölkələrinin təcili toplantısında jurmalistlərə deyib.

Fərhan əs-Səud Tehrana daha bir xəbərdarlıq edərək, Krallığa və ya digər Körfəz ölkələrinə təzyiq göstərə biləcəyini düşünməyin səhv olduğunu bildirib.

“Krallıq və onun tərəfdaşları ciddi imkanlara malikdir və göstərdiyimiz səbr sonsuz deyil. Bu, bir-iki gün və ya bir həftə ola bilər”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, İran ötən gün Səudiyyə Ərəbistanının paytaxtına ballistik raketlə hücum edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
axar.az

2Источники