RU

Enerji obyektlərinə hücumlar ağır nəticələrə səbəb ola bilər - Pezeşkian

/

İran Prezidenti Məsud Pəzeşkian ABŞ və İsrailin ölkəsinin enerji infrastrukturuna hücumlarını pisləyib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, İran Prezidenti sosial media hesabında ABŞ və İsrail qüvvələrinin İranın cənubundakı Əsəluyədəki neft emalı zavodlarına və Cənubi Pars təbii qaz yatağına endirdiyi hava hücumları ilə bağlı açıqlama verib.

O, bunun bütün dünyaya təsir edə biləcək nəzarətsiz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Bu, işləri daha da çətinləşdirəcək və nəzarətdən çıxılmaz nəticələrə səbəb ola bilər. Bu nəticələrin miqyası bütün dünyaya təsir edə bilər”,-Pəzeşkian deyib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
56
missiya.az

1Источники