RU

“Körfəz ölkələrinə hava hücumları Tehranı strateji təcridə sürükləyib” - Afalqa

Yazını böyüt
Yazını kiçilt

ABŞ Demokrat Partiyası İcra Komitəsinin üzvü İyad Afalqa bildirib ki, İranın Körfəz ölkələrinə raket və pilotsuz təyyarə hücumları Tehranı strateji təcridə sürükləyib və siyasi legitimliyini zəiflədib.

Hafta.az yazır ki, Afalqa Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) uğurunu çoxqatlı hava hücumundan müdafiə sistemlərinin inteqrasiyası və erkən xəbərdarlıq mexanizmlərinin effektivliyi ilə əlaqələndirib.

“Bu müdafiə sistemlərinin səmərəliliyi sayəsində limanlar, hava limanları, enerji və maliyyə sektorları fasiləsiz işləməyə davam edir. BƏƏ-nin bu strateji dayanıqlığı regiondakı digər ölkələr üçün təhlükəsizlik modeli rolunu oynayır. Səudiyyə Ərəbistanı, Bəhreyn və Oman da oxşar şəkildə bu hücumlardan dəyən ziyanı nəzarətdə saxlamağı bacarıblar”, - deyə o, bildirib.

İranın neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi Xark adası potensial əməliyyatın bir nömrəli hədəfi kimi qəbul edilir. Afalqanın sözlərinə görə, adaya nəzarəti ələ keçirmək İranın valyuta mənbəyini tamamilə kəsə və Tehranı maliyyə çöküşünə apara bilər.

“Bu addım ABŞ xarici siyasətində böyük strateji dəyişiklik kimi təsvir olunur və birbaşa qarşıdurmaya doğru irəliləyiş deməkdir. Xark adasına qarşı əməliyyat regional böhranı sürətlə artıra və qlobal enerji bazarlarında böyük şoka səbəb ola bilər” deyən siyasətçi qeyd edib ki, bölgəyə yerləşdirilən ABŞ dəniz piyadaları birbaşa quru işğalı əvəzinə sürətli müdaxilə qüvvəsi kimi çıxış edirlər. Onların əsas missiyası Hörmüz boğazı kimi həyati əhəmiyyətli dəniz yollarının təhlükəsizliyini təmin etmək və strateji neft obyektlərini qorumaqdır.

Afalqa bildirib ki, dəniz piyadaları amfibiya desant əməliyyatları vasitəsilə Xark adası və ya vacib limanları üzərində müvəqqəti nəzarət yaratmaq imkanına malikdirlər. Bu strategiya daimi işğal əvəzinə, İran təcavüzünün qarşısını almağı və qlobal enerji təchizatı təhlükəsizliyini təmin etməyi hədəfləyir.

Избранный
18
hafta.az

1Источники