BAKI, 19 mart. TELEQRAF
“Hava şəraitinin yaxşılaşması Rusiya Silahlı Qüvvələrinin cəbhədə fəallığının artmasına səbəb olur”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-polkovnik Aleksandr Sırski deyib.
General-polkovnik müdafiə xətlərində mühəndislik avadanlıqlarının vəziyyəti ilə bağlı əməliyyat iclası keçirdiyini bildirib. Əsas vəzifələrə istehkamların möhkəmləndirilməsi, pilotsuz təyyarələrdən müdafiənin inkişaf etdirilməsi və yaşayış məntəqələrinin müdafiəyə hazırlanması daxildir.
“Problemli məsələlər var, konkret həll yolları və onların həyata keçirilməsi üçün son tarixlər müəyyən edilib”, - Sırski vurğulayıb.
General-polkovnik əlavə edib ki, təkcə müdafiənin sabitliyi deyil, həm də əsgərlərin həyatı bu işin keyfiyyəti və sürətindən asılıdır.