RU

İki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Yazını böyüt
Yazını kiçilt

Martın 18-də Quba rayonunun Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 125-ci (özünüöldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Избранный
63
21
hafta.az

10Источники