RU

Bakıda restoranda aktrisanın başına iş gəldi — Saxlanılanlar var

Paytaxt restoranlarından birində bayram axşamı xoşagəlməz hadisə yaşanıb. Aktrisa Üzel Kərimova həmin anların bir hissəsini sosial şəbəkədə paylaşaraq diqqət çəkib.

Demokrat.az-ın məlumatına görə insident zamanı aktrisanın rəfiqəsinin həyat yoldaşı bir qrup şəxs tərəfindən hücuma məruz qalıb. Mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib və nəticədə həmin şəxs müxtəlif xəsarətlər alıb. Paylaşılan görüntülərdə zərərçəkənin baş nahiyəsindən xəsarət aldığı və yerə yıxıldığı açıq şəkildə görünür.

Hadisənin martın 18-i axşam saatlarında Buzovna qəsəbəsi ərazisində yerləşən restoranlardan birində baş verdiyi bildirilir. Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən operativ tədbirlər görülüb.
Aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən bir neçə nəfər – 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən edilərək saxlanılıb.



Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Xəsarətlərin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin bütün detalları araşdırılır və istintaq tədbirləri davam edir.


Избранный
60
azia.az

1Источники