RU

ABŞ Rusiya Ukrayna danışıqları dayandırılıb

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli sülh danışıqları dayandırılıb.

Reyting.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Rusiya və ABŞ arasında ikitərəfli qrup çərçivəsində investisiya və iqtisadi əməkdaşlıq üzərində işləməyə davam edəcək.

“Kirill Dmitriyev işini davam etdirir. Üçtərəfli qrup dayandırılıb”, - Rusiya mətbuatı Peskova istinadla yazıb.

Eyni zamanda, Kremlin mətbuat katibi Rusiyanın Ukrayna ilə əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi üzərində işləməyə davam edəcəyini bildirib.

ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
reyting.az

1Источники