RU

ÇL-də ən yaxşı kim olacaq?

UEFA, Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Publika.az xəbər verir ki, namizədlər Fransisko Trinkaо ("Sportinq"), Vinisius Junior ("Real"), Rafinya ("Barselona") və Dominik Soboslaydır ("Liverpul").

Trinkaо "Budo-Qlimt"lə oyunda (5:0) 2 məhsuldar ötürmə ilə yadda qalıb. Vinisius Junior "Siti" ilə qarşılaşmada (2:1) dubla imza atıb. Rafinya "Nyukasl"la oyunda (7:2) 2 qol və 2 assistlə seçilib. Soboslay isə "Qalatasaray"a qarşı matçda (4:0) bir qol vurub.

Избранный
68
publika.az

1Источники