RU

2025 ci ildə dünyasını dəyişən jurnalistlərin siyahısı

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Jurnalistlərin Müdafiəsi Komitəsi statistika yayıb.

Statistikaya əsasən, 2025-ci il 1992-ci ildən etibarən aparılan müşahidələr tarixində media işçiləri üçün ən dəhşətli il olub.

Beynəlxalq qeyri-hökumət təşkilatının hesabatına görə, ötən il dünyada 129 jurnalist həlak olub.

Bu da əvvəlki onilliklərin ən qaynar münaqişə dövrlərinin göstəricilərini belə üstələyir.

Maraqlıdır, bəs Azərbaycanda 2025-ci ildə nə qədər jurnalist dünyasını dəyişib?

Gununsesi.info 2025-ci ildə dünyasını dəyişən azərbaycanlı jurnalistlərin siyahısını təqdim edir:

1)Yasin Qaraməmmədli (1938–2025)Əməkdar jurnalist, siyasi şərhçi və pedaqoq; uzun sürən xəstəlikdən sonra fevralın 15-də vəfat edib.

2)Pənah Rüstəm (1956–2025) Jurnalist və şair. Aprelin 22-də vəfat edib.

3)İlyas Adıgözəlli (1938–2025) Radio-televiziya veteranı; iyunun 4-də ölüb.

4)Ağaddin Babayev (1956–2025)Jurnalist, yazıçı və dramaturq; iyunun 21-də vəfat edib.

5)Rüstəm Qaraxanlı (1978–2025) Redaktor (Oxu.Az) – avqustun 27-də vəfat edib.

6)Rasim Ağayev (1940–2025)Veteran jurnalist və mətbuat katibi; sentyabrın 14-də uzun xəstəlikdən ölüb.

7)Şəmistan Nəzirli (1942–2025)Hərbi publisistika sahəsində tanınmış jurnalist; sentyabrın 20-də vəfat edib.

8)Nizami Rəhmanlı (1951–2025) Yazıçı-jurnalist; oktyabrın 12-də vəfat edib.

9)Şahin Babayev (1964–2025)Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini; noyabrın 11-də ürək tutmasından ölüb.

10)Emin İbrahimov (1981–2025) Jurnalist və “Euronews” əməkdaşı; noyabrda Türkiyədə avtomobil qəzasında həlak olub.

11)Məhəmməd Şabanoğlu (—2025)Tarixçi-fəlsəfə doktoru və jurnalist; noyabrda vəfat edib.

12)Valeh Məhərrəmli (1952–2025)”Səs” qəzetində çalışan jurnalist; aprelin 2-də vəfat edib.

13)Emil Nəcəfov (1994–2025)”Technote.az” saytının baş redaktoru; 31 yaşında vəfat edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
icma.az

1Источники