RU

İran XİN Makronun İsrail-ABŞ müharibəsi ilə bağlı mövqeyini tənqid edib

İranın xarici işlər naziri Abbas Əraqçi Fransa Prezidenti Emmanuel Makronun İsrail-ABŞ müharibəsi ilə bağlı mövqeyini tənqid edib.

Missiya.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Əraqçi bildirib ki, Makron Tehranda yanacaq anbarlarının partlaması və milyonlarla insanın təcavüzə məruz qalması ilə bağlı heç bir açıqlama verməyib:

“Onun hazırkı narahatlığı İsrailin qaz obyektlərimizə hücumu ilə deyil, bizim cavabımızla bağlıdır. Bu, kədərlidir!”,- deyə o bildirib.

Nazir həmçinin əlavə edib ki, Makron ABŞ Prezidenti Donald Tramp ilə məsələni müzakirə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
82
missiya.az

1Источники