Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik ünvanlayıb.
“Cebheinfo.az” xəbər verir ki, təbrikdə deyilir:
“Möhtərəm cənab Pezident!
Sizi xalqımızın qədim bayramlarından biri olan Novruz Bayramı münasibətilə Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edirəm.
Doğma Qarabağı işğaldan tam azad edərək həqiqi suverenliyinə qovuşdurduğunuz Vətənimizin sürətli inkişafı və xalqımızın yüksək rifahı üçün gördüyünüz bütün işlərdə Sizə böyük uğurlar, möhkəm cansağlığı və ailə və ailə xoşbəxtliyi arzulayıram”.
“Cebheinfo.az”