RU

"Xalq İlham Əliyevin simasında özünün dəyərli liderini gördü" -Deputat

"Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndində olublar. Dövlər başçımız hər il Novruz bayramını işğaldan azad olunan hansısa bir bölgədə keçirir. Bu artıq bir ənənə halını alıb. Prezident özü də dünən bunu qeyd etdi".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.

O qeyd etdi ki, dövlət başçısı səfərlərində həm yeni köçmüş insanlarla görüşür, şəraitlə maraqlanır, həm də çox səmimi söhbət edir:

"Dünən balaca bir uşağın prezidentin avtomobilində sükan arxasında oturması həmin səmimiyyətin nümunəsi oldu. Tək işğaldan azad olunan ərazilərə köçən insanlar deyil, bütün Azərbaycan xalqı cənab İlham Əliyevin simasında özünün dəyərli liderini, dövlət məsələlərini uğurla həll edən, həmişə xalqının yanında olan bir rəhbəri gördü".

Millət vəkilinin sözlərinə görə, prezidentin el adət-ənənələrinə bağlı olması, Azərbaycan xalqı ilə birlikdə qədim bayramımızı qeyd etməsi bir daha göstərdi ki, xalqımızın birliyi, liderin xalqın istəklərini yaxşı bilməsi və zamanın tələbinə uyğun olaraq düzgün qərarlar qəbul etməsi dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir:

"Prezidentin dünənki səfəri təkcə xocavəndlilərin deyil, bütün Azərbaycan xalqının diqqətində oldu. Biz hiss etdik ki, dövlətçilik möhkəm əllərdədir və prezidentimiz bundan sonra da Azərbaycanın daha güclü olması üçün, qarşımızda duran problemlərin həlli üçün həmişə qətiyyətli və düzgün addımlar atacaq. Xocavəndlilərlə birlikdə hər birimiz bu gün dövlət başçısını Novruz bayramı münasibətilə təbrik edirik, ona fəaliyyətində yeni uğurlar arzulayırıq".

Aytəkin TOFİQQIZI

Избранный
50
1
redaktor.az

2Источники