İranda yanvar ayında keçirilən etiraz aksiyalarında iki polis məmurunu öldürməkdə ittiham olunan üç nəfər edam edilib.
Hafta.az xəbər verir ki, “Tasnim” informasiya agentliyinin məlumatına görə, təqsirləndirilən şəxslər yanvarın 7-də Qum əyalətində hökumət əleyhinə nümayişlər zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşını öldürdüklərini etiraf ediblər. Onlar, həmçinin "İsrail və ABŞ-nin maraqlarına uyğun hərəkət etməkdə" günahlandırılıb.
İrandakı iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının öldürüldüyünü bildirib. Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, yanvarın 8-dən nümayişçilər arasında terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsrail və ABŞ-ni günahlandırıb.