RU

Bankın biznes strategiyası faiz fərqlərini şərtləndirir İqtisadçı

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Bu gün hər bir bankın biznes strategiyası faiz fərqlərini şərtləndirir. Bəzi banklar bazar payını artırmaq üçün daha aşağı faiz təklif etdiyi halda, digərləri riskləri və xərcləri nəzərə alaraq daha yüksək faiz siyasəti həyata keçirir”.

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspertin sözlərinə görə, kredit faizlərinin fərqli olması həm bankların maliyyə imkanları, həm risk yanaşması, həm də bazar şərtləri ilə bağlı kompleks məsələdir:

“Bunu nəzərə alaraq vətəndaşlar kredit götürməzdən öncə müxtəlif bankların təkliflərini müqayisə etsələr yaxşı olar. Eyni zamanda yalnız nominal faizə deyil, ümumi kredit xərcinə, yəni effektiv faiz dərəcəsinə diqqət yetirmələri vacibdir”.

İqtisadçı qeyd edib ki, kredit faizlərinin formalaşmasında bankların cəlb etdiyi vəsaitlərin, xüsusilə depozitlərin dəyəri mühüm rol oynayır. Yəni bank depozitə yüksək faiz verirsə, bu o deməkdir ki, avtomatik olaraq kredit faizlərinin də yüksək olmasına təsir edir. 

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
525.az

1Источники