Fanat saytına istinadən ain.az xəbər verir.
Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
Səkkiz oyundan 4-ü 21:41-də, qalan yarısı isə gecəyarısı (00:00) start götürəcək.
Türkiyə təmsilçisi "Samsunspor" evdə ilk matçda uduzduğu "Rayo Valyekano" ilə İspaniyada üz-üzə gələcək. Arda Turanın rəhbərliyi altında Avropada uğurlu çıxış edən "Şaxtyor Donetsk" isə "Lex" ilə yenidən Polşada qarşılaşacaq. Ukrayna təmsilçisi məlum səbəblərdən ev oyununu da Polşada keçirir.
Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları 9 və 16 aprel tarixlərində baş tutacaq.
UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
19 mart
21:45. AEK (Yunanıstan) – "Selye" (Sloveniya)
(İlk oyun - 4:0)
21:45. AEK (Kipr) – "Kristal Pelas" (İngiltərə)
(İlk oyun - 0:0)
21:45. "Maynts" (Almaniya) – "Siqma" (Çexiya)
(İlk oyun - 0:0)
21:45. "Rakuv" (Polşa) – "Fiorentina" (İtaliya)
(İlk oyun - 1:2)
00:00. "Rayo Valyekano" (İspaniya) – "Samsunspor" (Türkiyə)
(İlk oyun - 3:1)
00:00. "Şaxtyor Donetsk" (Ukrayna) – "Lex" (Polşa)
(İlk oyun - 3:1)
00:00. "Sparta" (Çexiya) – "Alkmaar" (Niderland)
(İlk oyun - 1:2)
00:00. "Strasburq" (Fransa) – "Riyeka" (Xorvatiya)
(İlk oyun - 2:1)
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.