RU

QMİ sədri adambaşına 10-15 manat fitrə çıxartmağı tövsiyə edir

Bu il Ramazan bayramı miladi təqvimlə martın 20-nə təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bayram təbrikində deyilir. 

Təbrikdə bildirilir ki, qərar Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları və Türk dövlətlərinin dini qurumlarının fətvası əsasında qəbul olunub.

QMİ sədri Allahşükür Paşazadə bayram münasibətilə təbrikində bildirib ki, bu il Ramazan bayramı Novruz bayramı ilə eyni dövrə təsadüf edir.

QMİ sədri imkanı olan şəxslərə adambaşına 10-15 manat məbləğində fitrə zəkatı verməyi  tövsiyə edib. 

Qeyd olunur ki, fitrə zəkatı Ramazan ayının son günü, bayram axşamı verilməlidir.

Aytac 

Избранный
34
1
anews.az

1Источники