RU

Ramazan bayramı martın 20-nə təsadüf edir - Allahşükür Paşazadə

Bakı. Trend:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusiadına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanlarıİdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri TəşkilatıMüsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyətgöstərən Fətva Şurasının qəbul etdiyi Fətvaya əsasən, bu il Şəvvalayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 20-nətəsadüf edir.

Trend xəbərverir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri AllahşükürPaşazadənin bayram təbrikində əksini tapıb.

"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtıRamazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsəadambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanınailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara,ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayramovqatı yaşatmaq məramı daşıyır"- təbrik mətnində bildirilib.

Избранный
50
32
az.trend.az

10Источники