RU

Şeyx bayramla bağlı fətva verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müqəddəs Ramazan bayramı ilə əlaqədar bütün müsəlmanları təbrik edib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

“İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Bu il Rəbbimizin vacib ilahi əmri olan müqəddəs Ramazan Bayramı Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz Bayramı ilə üst-üstə düşür ki, bu da onların mübarəkliyini və ülviliyini daha da artırır. Uca Yaradana həmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarək bayramları Ulu Rəbbimizin Lütfü, Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldən məqamlar kimi dəyərləndirir, şükürlər edirik.

Uca Allaha çox şükürlər olsun ki, əziz bayramlarımız dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri, soydaşlarımızın dədə-baba yurdlarına Böyük Qayıdışı, həyat şəraitlərinin yüksək səviyyədə təmin olunması hər birimizin qəlbini fərəhləndirir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik layihə və təşəbbüslərdə görür, bütün sahələrdə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir.

Избранный
80
publika.az

1Источники