RU

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Bakı. Trend:

Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsifonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarınınartması müşahidə oluna bilər.

Trend xəbərverir ki, bu barədə məlumat Səhiyyə Nazirliyinin bayram günləri iləəlaqədar əhaliyə müraciətində əks olunub.

Bildiirlib ki, bu il Novruz və Ramazan bayramlarının eyni dövrətəsadüf etməsi səbəbindən qarşıdakı həftələrdə bayram şənliklərininvə müxtəlif kütləvi tədbirlərin keçirilməsi gözlənilir.

"Ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərinyayılmasının qarşısının alınması məqsədilə AzərbaycanRespublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram vəistirahət günlərində vətəndaşlara kütləvi tədbirlərdə və insanlarınsıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdivasitələrdən istifadə etməyi, əl gigiyenasına riayət etməyi, qidaqəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminəvitaminlərlə zəngin məhsullar daxil etməyi tövsiyə edir.

Eyni zamanda yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərəalaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhətgörülür.

Hər bir vətəndaş öz sağlamlığına xüsusi diqqət və məsuliyyətləyanaşmalı, həm özünü, həm də ətrafındakı insanları qorumalıdır", -müraciətdə qeyd olunub.

Избранный
68
33
az.trend.az

10Источники