
Fransa Prezidenti Emmanuel Makron İran və Qətərdə qaz hasilatı müəssisələrinə edilən zərbələrdən sonra Qətər əmiri və ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar apardığını bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə o açıqlamasında deyib.
“Mülki infrastruktura, xüsusən də enerji və su təchizatı obyektlərinə hücumlara dərhal moratorium tətbiq etmək bizim ortaq maraqlarımıza uyğundur”, – Makron qeyd edib.
O vurğulayıb ki, mülki əhalini və onların əsas ehtiyaclarını qorumaq vacibdir:
“Enerji təchizatının təhlükəsizliyini hərbi eskalasiyadan qorumaq lazımdır”.
Seyranə QuliyevaMissiya.Az