RU

"Rabitəbank"da yeni təyinat: Natiq Novruzov idarə heyəti sədrinin müavini təyin olunub

Bakı. Trend:

“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub.Bankın uzunillik təcrübəyə və dərin peşəkarlığa malik rəhbər heyətüzvü Natiq Novruzov 17 mart 2026-cı il tarixindən etibarən İdarəHeyətinin sədrinin müavini vəzifəsinə təyin olunub. O, yenivəzifəsi ilə yanaşı, Baş Risk inzibatçısı kimi fəaliyyətini davametdirərək bankın risk idarəetmə strategiyasının tətbiqi vətəkmilləşdirilməsi istiqamətində rəhbər rolunu davam etdirəcək.

Natiq Novruzov 14 oktyabr 1981-ci ildə Bakı şəhərində anadanolmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin“Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isəeyni ixtisas üzrə magistr dərəcəsini almışdır. Peşəkar bilik vəbacarıqlarını beynəlxalq səviyyədə də inkişaf etdirən NatiqNovruzov 2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökumətitərəfindən həyata keçirilən “Risklərin idarə edilməsi” üzrəsertifikatlaşdırma proqramını, 2021-ci ildə isə BoğaziçiUniversitetinin mini MBA proqramını uğurla başa vurmuşdur.

Əmək fəaliyyətinə 2003-cü ildə maliyyə sektorunda başlamış,2003–2010-cu illər ərzində mühasibatlıq, kreditlərin idarəolunması, monitorinq və filial idarəçiliyi sahələrində müxtəlifvəzifələrdə çalışmışdır. Bu müddət ərzində o, həm əməliyyat, həm dəidarəetmə istiqamətində zəngin təcrübə qazanaraq maliyyə və risksahəsində peşəkar bilik və bacarıqlarını formalaşdırmışdır.

2010-cu ildən etibarən “Kreditlərin Təhlili” şöbəsinin müdirikimi “Rabitəbank” ASC-də fəaliyyətə başlayan Natiq Novruzov bankdamüxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 2011-2013-cü illərdəRisklərin İdarə Edilməsi Departamentində direktor müavini,2013-2020-ci illərdə isə “Kreditlərin Təhlili” Departamentinindirektoru vəzifələrini icra etmişdir. 2020-2023-cü illərdə Risküzrə Baş Direktorun müavini kimi fəaliyyət göstərən Natiq Novruzov,2023-cü ildən etibarən isə Baş Direktor olaraq Rabitəbankın BaşRisk İnzibatçısıdır.

Uzun illər ərzində qazandığı dərin təcrübə ilə seçilən NatiqNovruzovun yeni vəzifədə fəaliyyəti Rabitəbankın dayanıqlı inkişafstrategiyasının daha da möhkəmləndirilməsinə, risk idarəetməsistemlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinə vəbankın institusional dayanıqlılığının daha yüksək səviyyəyəçatdırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakışəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “RabitaMobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business”tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə özmüştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrlibank xidmətləri təqdim edir.

Избранный
95
9
az.trend.az

10Источники