RU

Tramp: Qətərin LNG obyektlərinə yenidən hücum olarsa, İranın Cənub Pars qaz yatağı məhv ediləcək

İsrail Yaxın Şərqdə baş verən hadisələr fonunda İranda yerləşən və Cənub Pars qaz yatağı kimi tanınan iri obyektə zərbə endirib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, zərbə nəticəsində yatağın yalnız nisbətən kiçik bir hissəsi zədələnib. Tramp bildirib ki, ABŞ bu konkret hücum barədə əvvəlcədən məlumatlı olmayıb, Qətər isə hadisədə heç bir formada iştirak etməyib və baş verəcək hücumdan xəbərsiz olub.

Paylaşımda qeyd olunub ki, İran bu faktlardan xəbərsiz olduğu üçün əsassız olaraq Qətərin mayeləşdirilmiş təbii qaz obyektlərinin bir hissəsinə zərbə endirib.

Tramp vurğulayıb ki, İran Qətərə qarşı yeni hücum həyata keçirmədiyi təqdirdə İsrail tərəfindən Cənub Pars qaz yatağına əlavə zərbələr endirilməyəcək.

ABŞ Prezidenti əlavə edib ki, əgər İran Qətərə yenidən hücum edərsə, ABŞ İsrailin iştirakı ilə və ya iştirakı olmadan Cənub Pars qaz yatağına genişmiqyaslı və dağıdıcı zərbə endirəcək.

O qeyd edib ki, bu cür addımın İranın gələcəyi üçün uzunmüddətli mənfi nəticələri ola bilər, lakin Qətərin mayeləşdirilmiş təbii qaz obyektlərinə hücumların təkrarlanacağı halda ABŞ bu addımı atmaqdan çəkinməyəcək.

Избранный
36
5
apa.az

6Источники