RU

Viktor Osimhenin qolu sınıb

"Qalatasaray" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Liverpul"a 0:4 hesabı ilə ağır məğlubiyyət yaşayıb.

BAKU.WS xəbər verir ki, İstanbul klubunun qarşılaşma zamanı zədələnən futbolçuları Viktor Osimhen və Noa Lanqın son durumu müəyyənləşib.

Oyunun ikinci hissəsinin əvvəlində əvəzlənən nigeriyalı hücumçunun sağ qolunda sınıq olduğu aşkarlanıb.

Digər tərəfdən, ikinci hissədə meydana daxil olan Noa Lanqın sağ baş barmağında dərin kəsik yaranıb və futbolçu cərrahi əməliyyat keçirib.

Избранный
76
far.az

1Источники