"Fiorentina"ya 1:4 hesablı məğlubiyyətdən sonra Davide Nikola "Kremoneze"nin baş məşqçi postundan göndərilib.
Fanat.Az xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi istefa qərarını rəsmi saytı vasitəsilə yayıb.
53 yaşlı mütəxəssis "Kremoneze"ni ötən yaydan çalışdırırdı. Sözügedən komanda Davidenin rəhbərliyi altında keçirdiyi 30 matçda 5 qələbə, 9 heç-heçə və 16 məğlubiyyətlə yadda qalıb.
Hazırda "Kremoneze" İtaliya çempionatının turnir cədvəlində 18-ci yerdədir. Komandanın növbəti oyunu 21 martda səfərdə "Parma" ilə olacaq.