RU

İran Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı müəssisəsinə raket zərbələri ENDİRDİ

İranın Qətərin mayeləşdirilmiş təbii qaz istehsalı müəssisəsinə raket zərbələri endirdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində böyük yanğınlar baş verib və ciddi ziyan dəyib. Qətərin dövlət neft və qaz şirkəti "QatarEnergy" yanğının söndürülməsi istiqamətində işlərin aparıldığını, xəsarət alanların olmadığını açıqlayıb.

Qeyd edək ki, ABŞ-İsrail hücumları və İranın cavab zərbələri fonunda ölkə artıq təbii qaz istehsalını dayandırıb. Ciddi ziyan müharibə başa çatdıqdan sonra belə qlobal bazara qaz tədarükünü gecikdirə bilər.

Aminə ŞAHSUVARQIZI

Избранный
56
1
redaktor.az

2Источники