Bakı. Trend:
2026-cı və 2027-ci illərdə Azərbaycanda inflyasiya müvafiqolaraq 5,2 faiz və 4,6 faiz səviyyəsində gözlənilir.
Trend bu barədə"ING" qrupun yenilənmiş proqnozlarına istinadən xəbər verir.
Öncəki proqnozlarda 2026-cı il üçün 5,4 faizlik inflyasiyagözlənilirdi, 2027-ci il üzrə proqnoz isə dəyişilməz olaraqqalıb.
2026-cı il üçün rüblük proqnoz : I rüb — 5,8%, II rüb — 5,5%,III rüb — 4,9%, IV rüb — 4,6%.
2027-ci il üçün rüblük proqnoz: I rüb — 4,3%, II rüb — 4,5%, IIIrüb — 4,7%, IV rüb — 4,9%.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilinfevral ayında istehlak qiymətləri 2025-ci ilin fevralı iləmüqayisədə 5,7% artıb. Bu artım ərzaq məhsulları, alkoqollu içkilərvə tütün məmulatları üzrə 6,8%, qeyri-ərzaq malları üzrə 3,7%,əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7% təşkiledib.
2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illikqiymət artımı 5,7%, son bir ayda isə 0,6% olub. 2026-cı ilin fevralayında ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarınınistehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,1%, cari ilinyanvar-fevral aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə7,0% artıb.