RU

Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq

Türkiyə Ticarət Nazirliyi tərkibindəki kimyəvi risklər səbəbindən bir üz və barmaq boyası məhsulunun bazardan yığışdırılmasına qərar verib.
 
Moderator.az xəbər verir ki, nazirlik tərəfindən edilən rəsmi açıqlamada, dəftərxana ləvazimatları qrupuna daxil olan "Collex 6 Rəng Barmaq və Üz Boyası" məhsulunun aparılan yoxlamalar nəticəsində təhlükəli olduğu bildirilib.
 
Məhsulun tərkibində qanunvericiliklə icazə verilən limitlərdən qat-qat artıq kimyəvi maddə aşkar edilib. Bu maddələrin uşaqların sağlamlığı üçün ciddi təhlükə yaratdığı vurğulanıb.
 
Əgər övladınız üçün bu markadan olan boyalar almısınızsa, ondan istifadəni dərhal dayandırmağınız və məhsulu geri qaytarmağınız tövsiyə olunur. Bu növ məhsullar alarkən üzərində "CE" işarəsinin olmasına və zərərli kimyəvi maddə (məsələn, ftalat və ya ağır metallar) ehtiva etməməsinə diqqət yetirməlisiniz. /milli.az/
 
Избранный
26
6
moderator.az

10Источники