RU

Vatikanda Roma papasının iqamətgahında bərpa işləri zamanı gizli qalmış tarixi tablo kəşf edildi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Vatikanda, Roma Papasının iqamətgahında dahi ispan rəssamı El Qrekonun 1590-cı illərdə yaratdığı, indiyə qədər məlum olmayan "Xilaskar" rəsm əsəri tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Artnet News" nəşri məlumat verib.

Söhbət taxta üzərində yağlı boya ilə çəkilmiş kiçik ölçülü tablodan gedir. Əsər uzun illər ərzində İsa Məsihin sadə bir təsviri hesab olunub. Buna səbəb orijinal təsvirin naməlum müəllif tərəfindən çəkilmiş sonrakı boya təbəqəsinin altında gizli qalmasıdır.

Sözügedən rəsm 1967-ci ildə İspaniyalı məmur və yazıçı Xose Mariya Sançes de Muniain tərəfindən Papa VI Pavelə hədiyyə edilib. O vaxtdan bəri Apostol sarayının Səfirlər zalında qorunan tablo indiyə qədər tədqiqatçıların diqqətini çəkməyib.

Kolleksiyanın planlı yoxlanışı zamanı restavratorlar əsərin vəziyyətində problemlər aşkar edərək bərpa işlərinə başlayıblar. Məhz bu proses zamanı orijinalın üzərinə başqa bir təsvirin çəkildiyi məlum olub. Üst təbəqə təmizləndikdən sonra El Qrekonun əsl kompozisiyası ortaya çıxıb.

Bərpaçı Alessandra Zarellinin sözlərinə görə, rəsm Vatikana daxil olduğu andan bəri heç bir elmi təhlil və ya restavrasiyadan keçməyib. Bu da əsərin müəllifliyinin niyə indiyədək gizli qaldığını izah edir. Hazırda "Xilaskar" tablosu Kastel-Qandolfo sarayında təşkil olunan El Qreko sərgisində nümayiş etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
oxu.az

1Источники