RU

Uzun müddət idi ki, bir oyunda bu qədər çox müdafiə olunmamışdıq Elgiz Kərəmli

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1-ci Liqanın 19-cu turunda çərçivəsində dünən "Şahdağ Qusar"ı 1:0 hesabı ilə məğlub edən "Şəfa" xallarının sayını 45-ə çatdıraraq liderliyini möhkəmləndirdi. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Futbolçularımıza təşəkkür edirəm, on nəfərlə oynamaq (Xəyal Tomarov ilk yarının ortalarında meydandan qovulub -red.) heç də asan deyil. Ramazan ayında ikiqat çətin olur. Futbolçularımız çox əziyyət çəkdilər, çox güc sərf etdilər. Qələbə çox vacib idi. Yuxarı pillələrdəki rəqiblərin də xal itirməsi bizim üçün əlavə üstünlük oldu. 

"Şahdağ Qusar"la oyunlar həmişə gərgin alınır. Belə matçlar inkişafimıza təkan verir. Rəqibə uğurlar arzu edirəm, yaxşı komanda formalaşdırıblar. Uzun müddət idi ki, bir oyunda bu qədər çox müdafiə olunmamışdıq. Müdafiədə diqqətli və aqressiv oynadiq deyə rəqibə çox epizod vermədik. Əks-hücumlarda daha inamlı oynayıb hesabı artıra da bilərdik. Qələbə qazanaraq turnir cədvəlindəki təqibçilərimizlə xal fərqini artırdıq və milli fasilə ərəfəsində psixoloji üstünlük əldə etdik. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Həmişəki kimi bizi dəstəklədilər, qələbəmizdə pay sahibi oldular".

Qeyd edək ki, "Şəfa"nı 2-ci pillədəki "Baku Sportinq"dən 8 xal öndədir.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
86
1
fanat.az

2Источники