RU

Xocalı sakini: Onilliklərdir arzuladığımız günü yaşayırıq

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"34 ildir ki, bu anı hər gün arzulayırıq. Onilliklərdir arzuladığımız günü yaşayırıq, çox sevincliyik".

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Xocalı rayonunun Xanabad kəndinə qayıdan keçmiş məcburi köçkün Anjela Həsənova deyib.

"Cənab Prezidentimizə bizə bu sevinci yaşatdığına görə keçmiş məcburi köçkünlər adından öz təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Vətənimizdə həmişə sabitlik, əmin-amanlıq olsun. Bundan gözəl xoşbəxtlik ola bilməz. Allah müzəffər Ordumuzu qorusun", - deyə A.Həsənova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
98
oxu.az

1Источники