ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Diyetoloq Natali Ritso menopoz zamanı metabolizmin dəyişməsi nəticəsində yaranan çəki artımının qarşısını ala biləcək qidaları açıqlayıb.
Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Today" nəşrinə müsahibəsində ətraflı məlumat verib.
Natali Ritsonun sözlərinə görə, bu həssas dövrdə zülalla, xüsusilə də bitki mənşəli proteinlərlə zəngin məhsullara üstünlük vermək lazımdır. Çünki zülal yaş artdıqca azalan əzələ kütləsinini qorunmasına birbaşa kömək edir.
Diyetoloq qeyd edib ki, zülal ehtiyacını qarşılamaq üçün mütləq hər gün toyuq, balıq, hinduşka və ya kəsmik yemək şərt deyil. O, bitki mənşəli alternativlərə diqqət çəkib:
"Soya, lobya və mərcimək kimi məhsulları sınaqdan keçirin. Soya məhsullarının tərkibində həmçinin menopoz simptomlarını yüngülləşdirən fitoestrogenlər mövcuddur".
Natali Ritso rasiona şirin kartof, qoz-fındıq, fıstıq yağı və tofusu (soya kəsmiyi) daxil etməyi də tövsiyə edib. Mütəxəssis əlavə olaraq vurğulayıb ki, menopoz zamanı emal olunmuş (yarımfabrikat) qidaların qəbulu minimuma endirilməli və gündəlik fiziki fəallıq artırılmalıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.