RU

ABŞ-dən Orbana açıq DƏSTƏK: Vitse-prezident Vens Budapeştə GEDİR

ABŞ-nin vitse-prezidenti Vens seçkilər öncəsi Orbana dəstək üçün Macarıstana səfər etməyi planlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Macarıstana rəsmi səfər etməyi planlaşdırır.

Məlumata görə, bu səfərin əsas məqsədi qarşıdan gələn seçkilər ərəfəsində Macarıstanın Baş naziri Viktor Orbana dəstək nümayiş etdirməkdir.

Agentliyin mənbələri bildirir ki, rəsmi şəxsin səfərinin dəqiq vaxtı hələlik məlum deyil.

Qeyd olunur ki, ABŞ-nin İrandakı hərbi əməliyyatları ilə əlaqədar yaranmış mövcud vəziyyət səfər planlarında dəyişikliklərə səbəb ola bilər.

Hazırda Vaşinqtonun xarici siyasət prioritetlərinin regiondakı gərginliyə uyğun olaraq yenidən nəzərdən keçirildiyi vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
60
interpress.az

1Источники