RU

Kosta-Rika Kubadakı səfirliyini bağlayır

BAKI, 19 mart. TELEQRAF

Kosta-Rika hökuməti Havanadakı səfirliyinin bağlanması barədə qərar qəbul edib və kubalı diplomatların San-Xosedən geri çağırılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "La Nacion" ölkə rəhbərliyinə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım Kosta-Rika hakimiyyətinin iddiasına əsasən Kubada insan hüquqları sahəsində vəziyyətin sistematik şəkildə pisləşməsi ilə əlaqələndirilir.

Qərarı ölkənin xarici işlər naziri Arnoldo Andre Tinoko açıqlayıb. Prezident Rodriqo Çaves isə administrasiyasının Kuba rəhbərliyinin legitimliyini tanımadığını bəyan edib.

Bildirilib ki, San-Xosedə yalnız Kuba konsulluq əməkdaşları vətəndaşlara xidmət göstərmək üçün fəaliyyətini davam etdirə biləcək. Kosta-Rika isə Havanada konsulluq saxlamağı planlaşdırmır və konsulluq məsələləri Panama şəhərində yerləşən səfirlik vasitəsilə həll olunacaq.

Избранный
59
1
teleqraf.com

2Источники