RU

Beşamel sousu resepti

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lazanya, makaron, tərəvəz və ət yeməklərinin əvəzolunmaz tamamlayıcısı olan Beşamel sousu kremvari teksturası və yüngül ətri ilə bu sous süfrənizə xüsusi dad qatacaq.

Milli.Az lazım olan məhsulları təqdim edir:

Kərə yağı: 2 xörək qaşığı

Un: 2 xörək qaşığı

Süd: 2 stəkan (otaq temperaturunda və ya ilıq)

Duz: 1 çay qaşığı

İstiot: 1/4 çay qaşığı

Muskat qozu: 1 çimdik rəndələnmiş (istəyə bağlıdır, xüsusi ətir verir)

Hazırlanma qaydası:

Orta ölçülü bir qazanda kərə yağını aşağı odda əridin.

Ərimiş yağa unu əlavə edin və 1-2 dəqiqə ərzində dayanmadan qarışdıraraq qovurun. Diqqət edin ki, unun rəngi çox tündləşməsin, sadəcə yüngülcə saralsın.

Südü yavaş-yavaş qazana tökün. Düyünlənmə olmaması üçün bu mərhələdə mikser və ya çırpma teli ilə sürətlə qarışdırmaq çox vacibdir.

Duz, istiot və rəndələnmiş muskat qozunu əlavə edin.

Sous qatılaşıb hamar bir konsistensiya alana qədər (təxminən 5-7 dəqiqə) orta odda davamlı qarışdıraraq bişirin. Sous qaynamağa başlayanda ocaqdan götürün.

Südü əlavə edərkən çox yavaş tökmək və eyni zamanda sürətlə çırpmaq düyünlənmənin qarşısını alan ən əsas sirdir.

Əgər daha qatı bir sous istəyirsinizsə, unun miqdarını bir az artıra bilərsiniz. Daha duru sous üçün isə süd əlavə edin.

Sousun dibi tez tuta bilər, ona görə də bişmə prosesi boyu qarışdırmağı dayandırmayın.

Daha zəngin bir dad üçün sous hazır olanda içinə bir az rəndələnmiş holland pendiri və ya parmezan əlavə edə bilərsiniz.

Beşamel sousunu bişmiş makaronun üzərinə töküb, üstünə pendir rəndələyərək sobada qızardın (Makaron qraten). Həmçinin gül kələmi və ya qabaq kimi tərəvəzlərlə də mükəmməl uyğunlaşır.

Nuş olsun!Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
news.milli.az

2Источники